Medvedev: "ABŞ vətəndaş müharibəsi ilə dağılacaq"

Medvedev: "ABŞ vətəndaş müharibəsi ilə dağılacaq"
07 Sen 2024 12:08

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev diqqət çəkən açıqlamalar verib. O, ABŞ-nin vətəndaş müharibəsi ilə dağılmasını proqnozlaşdırıb.

Medvedev bu barədə Telegramdakı hesabında yazıb.

"Bu hamımız üçündür - "sanctions forever". Daha doğrusu yaxınlaşan yeni vətəndaş müharibəsi əsnasında ABŞ-ın dağılmasından əvvəl olan proseslər baş verir", - o qeyd edib. Medvedev SSRİ-nin demək olar ki, bütün 20-ci əsrdə sanksiyalar altında yaşadığını əlavə etdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, bu gün Rusiyaya qarşı misli görünməmiş miqyasda sanksiyalar tətbiq edilir.

Tural