"Rusiya ABŞ-nin Ukrayna ilə bağlı təklifini qəbul edib; problem həll olunmalıdır".
News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizə deyilir ki, Ukrayna problemi həll olunmalıdır. Ankoricdə biz ABŞ-nin təklifini qəbul etdik. Əgər dürüst olsaq, onlar təklifi verdilər, biz də qəbul etdik, bu o deməkdir ki, problem həll olunmalıdır”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi Moskva üçün vacib idi və "Kiyevin və ya AB-dəki mağaralarda yaşayan rusofobların nə deyəcəyinin əhəmiyyəti yox idi".(Unikal )