"NATO ölkələrinin hərbi büdcələrini artırmaq planları təşkilatın dağılmasına səbəb olacaq".
News365.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi xərclər məsələsində NATO kimi uzaqdan gələn təhdidlərlə deyil, sağlam düşüncəni rəhbər tutur.
Qeyd edək ki, Haaqa sammitindən sonra NATO-ya üzv ölkələr müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırdıqlarını açıqlayıblar. Sənədə əsasən, Avropa ölkələrinin qarşıdakı 5 ildə əsas məqsədlərindən biri müdafiəni gücləndirmək, eləcə də təhlükəsizlik problemlərini avtonom həll etmək imkanlarına nail olmaq olacaq.