Ermənistan Avrasiyadakı qonşularından və müttəfiqlərindən üz döndərmək qərarına gəlsə, çətin ki, bundan faydalana biləcək. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının yekununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomat vurğulayıb ki, Rusiya Ermənistanın hakim dairələrinə təzyiq göstərmir və bir sıra məsələlərə aydınlıq gətirilməsini gözləyəcək.
“Ancaq biz hamımız başa düşürük ki, Ermənistan müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərsə, bu çətin ki, erməni xalqına xeyir versin”, - Lavrov deyib.
Qeyd edək ki, Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan iclasda iştirak etmir, lakin ölkənin nümayəndəsi videobağlantı vasitəsilə görüşə qatıla bilər.
Tural