Kurskda xeyli sayda kolumbiyalı necə öldürülüb?

Kurskda xeyli sayda kolumbiyalı necə öldürülüb?
30 May 2025 14:42

Ukrayna Silahlı Qüvvələrinin (VSU) kolumbiyalı muzdluları bu ilin fevralında Kursk vilayətinin Nikolayevo-Daryino kəndi yaxınlığında məhv ediliblər. Bu barədə TASS təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, Kolumbiyadan olan döyüşçülər Nikolayevo-Daryino yaxınlığında Ukrayna ordusunun 21-ci əlahiddə mexanikləşdirilmiş briqadasının mexanikləşdirilmiş batalyonuna qoşulmalı imişlər. Lakin onların əksəriyyəti Rusiya ərazisinə hücumun ilk günlərində məhv edilib.

“Digərlərini mövqelərdə yeməksiz və sursatsız tərk ediliblər. Bir müddət sonra onlar da məhv edilib”, - mənbə agentliyə bildirib.

Nəşrin məlumatına görə, bütün qrupdan yalnız bir əsgər sağ qalıb. O, Kolumbiyaya qayıtmağı bacarsa da, mükafat almayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada