Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Krımın BMT mandatına verilməsi ilə bağlı bəyanatı Qərbin prosesdın tam məlumatsızlığından xəbər verir.
Rusiya mediasının yaydığı məlumata görə, bunu Krım parlamentinin "rəhbəri" Vladimir Konstantinov polşalı nazirin müvafiq təklifini şərh edərkən deyib.
“Qərbin Kiyevə səfər edən hər hansı emissarları Krım mövzusuna toxunmadan keçə bilmir. Düzdür, onlar bunu tam anlamadan. bilmədən edirlər”, - deyə o vurğulayıb. Krım parlamentinin rəhbəri qeyd edib ki, cəhalət Krım, Rusiya və Ukraynanın tarixini bilməməkdədir. Onun sözlərinə görə, Polşa Xarici İşlər Nazirliyi rəhbərinin “axmaq və məsuliyyətsiz” bəyanatları buradan qaynaqlanır.
Qeyd edək ki, Ukrayna ərazisi kimi tanınan Krım 2014-cü ildə Rusiya tərəfindən işğal olunub.
Tural