Kreml Paşinyanın Minskə getməmək qərarından təəssüflənir

Kreml Paşinyanın Minskə getməmək qərarından təəssüflənir
14:13

Rəsmi Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək iclasında şəxsən iştirak etməmək qərarından təəssüflənir.

News365.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    O, buna baxmayaraq, Paşinyanın iclasda onlayn iştirak edəcəyini xatırladıb: “Ermənistan Aİİ üzvüdür. Mühümdür”.

    Qeyd edək ki, Paşinyan Aleksandr Lukaşenko hakimiyyətdə olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyini bəyan edib.


    Sizin reklam burada
    Sizin reklam burada