“Kömək gəlmədiyi üçün oğlum mühasirədə ölüb“ - Erməni əsgər anası

“Kömək gəlmədiyi üçün oğlum mühasirədə ölüb“  - Erməni əsgər anası
23 Apr 2024 10:45

İkinci Qarabağ Müharibəsindən 4 il keçsə də, Ermənistan mediası hələ də müharibədə məhv edilmiş yeni-yeni əsgər adlarını dərc edir, jurnalistlər onların ailələri ilə ordudakı özbaşınalıqlar barədə söhbətlər aparırlar. Məsələn "İravaban" Xoren Adjatyan adlı döyüşçünün anası Asya Saakyandan diqqət çəkən müsahibə alıb. Ana deyib ki, işğalçı əsgər ailənin ilk övladı olub. 

"Biz İrəvana köçəndə o Vazgen Sarkisyan adına Hərbi Akademiyada oxumaq istəsə də bunun qəti əleyhinə oldum. O, mənə qarşı çıxmadı və Panos Terlemezyan adına Dövlət İncəsənət Məktəbinə qəbul olundu, heykəltəraş idi”, - Asya qeyd edib.

Qadın iddia edib ki, oğlu orduya çağırılanda peşəsi ona kömək edib, o, guya heykəltəraş olması səbəbindən (!?) xəritələrlə işləməyi bacarırmış: “Ad günündə hərbi hissəyə getmişdik və Şuşada xeyli ağladım bu bizim son görüşümüz idi”.

O həmçinin qeyd edib ki, oğlu ölməmişdən əvvəl ailəsi üçün mesaj da qoyub. Mesajda acizanə şəkildə deyilirmiş ki, “Biz mühasirədəyik, heç kim köməyimizə gəlmir. Sağ qalmaq üçün dua edirik”. Xoren Adjatyan qəhrəman olmaq arzusunda olsa da, işğalçı kimi Azərbaycan torpaqlarında qəhrəman hərbçilərimizin sayəsində leşə çevrildi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər