Türkiyənin Sakarya vilayətinin Karapürçek rayonunda keçmiş polis əməkdaşı A.Y qısqanclıq zəmnində arvadını və Milliyətçi Hərəkat Partiyasının (MHP) rayon üzrə sədri Mustafa Hıraçı qətlə yetirib.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, ilk olaraq arvadı Səlma Yüksəli güllələyən A.Y daha sonra eyni məhəllədə fəaliyyət göstərən daşınmaz əmlak ofisinə gedib və orada olan Mustafa Hıraçı öldürüb.
A.Y cinayət əməlindən sonra polis şöbəsinə yaxınlaşaraq təslim olub.