Keçmiş CİA rəsmisindən şok iddia: “Kiyev uduzsa, Rusiyaya nüvə atılacaq“

Keçmiş CİA rəsmisindən şok iddia:  “Kiyev uduzsa, Rusiyaya nüvə atılacaq“
23 Apr 2024 10:20

"ABŞ hakimiyyəti Ukraynanın Moskva ilə münaqişədə uduzmasının qarşısını almaq üçün Rusiyaya qarşı nüvə silahından istifadə edə bilər". 

 News365.az xəbər verir ki, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş analitiki Rey Makqovern “Dialogue works”ə müsahibəsi zamanı deyib.

"Qorxuram ki, bu il seçkilərə görə Baydenə məsləhət verənlər belə desinlər: Cənab prezident, bizə qalan yeganə şey nisbətən zəif nüvə silahlarından istifadə etmək olacaq", - analitik qeyd edib.

Makqovern belə hesab edir ki, ABŞ Ukraynanın məğlubiyyətinin Ağ Evin hazırkı rəhbəri Co Baydenin qarşıdan gələn prezident seçkilərində qələbəsinə təsir edə biləcəyindən çəkinərək belə bir addım ata bilər.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi rəsmisi iddia edib ki, Rusiya hakimiyyəti xüsusilə Silahlı Qüvvələrin münaqişədə qalib gəldiyini nəzərə alaraq, Qərbə qarşı nüvə silahından istifadə etməyə razı olmayacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər