Kanye Uest arvadı haqqında- “O cinsi təcavüzə məruz qaldı“

Kanye Uest arvadı haqqında-  “O cinsi təcavüzə məruz qaldı“
19 Apr 2024 00:07

Dünyaca məşhur repçi Kanye Uest (yeni adı “Ye”) həyat yoldaşı Byanka Sensorinin əlini paltarının altına ataraq ona cinsi təcavüz etməyə cəhd edən kişiyə hücum etməkdə ittiham olunur. 

Bir kişi hüquq-mühafizə orqanlarına Kanye Uestə qarşı şikayət ərizəsi verib və onun onu vurduğunu bildirib. 

Kanyenin özü isə həmin şəxsin arvadına təcavüz etdiyini iddia edib. 

“Hücum edən şəxs Byanka ilə sadəcə toqquşmadı. Əllərini paltarının altına qoydu, bədəninə toxundu, belindən tutdu, ətrafında fırladı və sonra ona havalı öpüşlər yolladı. Byanka bununla cinsi təcavüzə məruz qaldı”, - deyə Kanyenin prodüseri nəşrə söyləyib. 

Bundan sonra Los-Anceles polisinin jurnalistlərə verdiyi məlumata görə, 46 yaşlı Kanye Uest hücum edən şəxsi vurub. Lakin onun tibbi yardıma ehtiyacı olmayıb. 


Youtube kanalımız

Oxşar xəbərlər