Türkiyənin Kahramanmaraş şəhərində idarəetmədən çıxan mikroavtobus polis avtomobilinə çırpılıb.
News365.az xəbər verir ki, qəza nəticəsində 2 polis əməkdaşı yaralanıb.
Məlumata görə, mikroavtobusun sürücüsü və digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.