İvlev: “Bizə Ukraynadan endirilən zərbələri NATO planlaşdırır“

İvlev:  “Bizə Ukraynadan endirilən zərbələri NATO planlaşdırır“
20 Apr 2024 11:41

"Ukraynanın Rusiya ərazisinə zərbələri ABŞ-nin rəhbərliyi altında NATO tərəfindən planlaşdırılıb". News365.az xəbər verir ki, bu iddianı Rusiya  Dövlət Dumasının Krımdan olan deputatı Leonid İvlev səsləndirib.

O, yerli mediaya müsahibəsində NATO rəhbərinin açıqlamasını da xatırladıb.

“Stoltenberq etiraf edib ki, Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək hüququ var. Çünki ABŞ-ın rəhbərliyi altında NATO bu zərbələri dəqiq planlaşdırır”, - deputat deyib.

İvlev əlavə edib ki, hərbi alyansın baş katibi əslində Ukrayna Silahlı Qüvvələrinə hücumları həyata keçirmək üçün “yaşıl işıq” yandırıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər