İt dişləyən şəxslərin vəziyyəti - Açıqlandı

İt dişləyən şəxslərin vəziyyəti - Açıqlandı
12:24

Xəbər verdiyimiz kimi, ötən gün Qaxın Cüdüllü kəndində yerləşən fermadakı çoban iti kənd sakinləri Hətəmov Fəxrəddin və  Hümbətov Məhəmmədə hücum edərək onlara ağır xəsarətlər yetirib.   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 29-u 21:30 radələrində it dişləməsi səbəbilə 2 kişi Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlardan 1961-ci il təvəllüdlü şəxsə hər iki qolun dişlənmiş, didilmiş, cırılmış yarası diaqnozu təyin edilib, zəruri tibbi yardımdan sonra Zaqatala rayonunda yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib. 

Sol qolun dişlənmiş, cırılmış yarası təyin edilən 1989-cu il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada