“İstehkamçılar sərhəddi minalardan təmizləməkdən imtina edirlər“ - Erməni deputat

“İstehkamçılar sərhəddi minalardan təmizləməkdən imtina edirlər“  - Erməni deputat
26 Apr 2024 16:24

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Ölkənin dörd bir yanında etiraz aksiyaları keçirilir, radikallar Azərbycan kəndlərinin geri qaytarılmasına qarşı çıxırlar. Əsas hadisələr isə Kiranç adlanan ərazidə baş verir.

Aksiya keçirilən bölgədə olan Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan jurnalistlərə açıqlamasında deyib ki, dünən Kiranç kəndində insanlar yolu bağladıqları üçün ərazidə minalardan təmizləmə işləri aparılmayıb. 

"Bunun əvəzində Berkaber kəndi ərazisində minaların təmizlənməsi işlərinə başlanılıb ki, burada da bir əsgər minaya düşərək ağır yaralanıb. Bizdə olan məlumata görə, elə istehkamçılar var ki, onlar bir çox hallarda minatəmizləmə işlərini həyata keçirməkdən imtina edirlər. Hətta bəziləri vəzifələrindən uzaqlaşdırılmaları barədə rəsmi müraciətlər də yazırlar. Onlar başa düşürlər ki, əraziləri təmizləyib Azərbaycana təhvil verməklə hazırkı hakimiyyətin cinayət əməllərinə şəriki olurlar”, – Qarnik Danielyan bildirib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər