Məşhur müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
News365.az bildirir ki, bu barədə sənətçi
aparıcı Kazım Sübhanın "Özəl" verilişində danışıb. O, kanalların
birində yayımlanan veriliş (red. ad çəkmir) tərəfindən aldadılmasından söz
açıb.
"Verilişə çıxmamışdan əvvəl köməkçim onlarla danışıb
ki, əgər verilişin formatı köhnə olarsa, mən qatılmayacağam. Lakin ordan
bildiriblər ki, format tam şəkildə yaradıcılığla bağlı olacaq və komanda şəkildə
dəvət olunursunuz. Verilişdə yaradıcılığla bağlı suallar verilməsi əvəzinə tam
başqa mövzu ilə rastlaşdım.
Heç mənə komanda barədə danışmağa söz vermədilər, hətta
veriliş başlayanda hər zaman qalmaqaldan uzaq olmağıma baxmayaraq, məni bu
mövzuya qatmaq istədilər. İstəsəydim, efiri tərk edə bilərdim. Buna baxmayaraq,
kanala olan hörmətimi göstərərək, verilişin sonuna qədər qaldım" , - deyə,
Kazımova bildirib.