İstanbul metrosunda qadınların fotosunu çəkən şəxs saxlanıldı - FOTO

İstanbul metrosunda qadınların fotosunu çəkən şəxs saxlanıldı - FOTO
14:57

İstanbul metrosunda qadınların gizli şəkildə fotosunu çəkdiyi iddia olunan şəxs saxlanılıb. Hadisə Mahmutbey–Şişli metro xəttində baş verib.

News365.az-ın məlumatına görə, metroda səyahət edən üç qadın yanlarında olan kişi sərnişin tərəfindən sözlü təcavüzə məruz qalıb. Qadınlar onun gizli şəkildə şəkillərini çəkdiyini görərək etiraz ediblər.

Yaxalananda telefonunu sındırdı
Qadınların reaksiyası nəticəsində şübhəli telefonunu sındırıb və onlara hücum edib. Qaçmağa cəhd edən şəxs qadınların müdaxiləsi ilə təhlükəsizlik əməkdaşları gələnədək saxlanılıb.

Şübhəli daha sonra polisə təhvil verilib. Qadınların şikayəti əsasında ifadələri alınıb, saxlanılan şəxsin isə polis idarəsində istintaqı davam etdirilir.

News365.az



Sizin reklam burada
Sizin reklam burada