İspaniyada 17 yaşlı idmançıya görə matəm elan olundu

İspaniyada 17 yaşlı idmançıya görə matəm elan olundu
18 Apr 2024 15:07

İspaniyanın batut üzrə idmançısı Maria Errens Gomez 17 yaşında menengit xəstəliyindən dünyasını dəyişib. News365.az xəbər verir ki, bu barədə idmançının tez-tez məşq etdiyi Kabanillas del Kampo şəhər şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şəhərdə matəm elan edilib bütün sosial və mədəni tədbirlər ləğv edilib.

Məlumata görə Qomez ötən ilin noyabrda İngiltərənin Birmingem şəhərində keçirilən Dünya Çempionatında İspaniya milli komandasının heyətində yarışıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər