İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
16:20

"İslam Dövləti" qruplaşması Pakistanın paytaxtı İslamabaddakı məsciddə 30-dan çox insanın həyatına son qoyan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "ABC News" telekanalı qruplaşma ilə əlaqəli "Amaq News Agency" informasiya agentliyinin saytında dərc olunan bəyanata istinadən xəbər verir.

Bəyanatda deyilib ki, terrorçu hadisə yerinə gəlib, mühafizəçilərə atəş açıb və partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, terror aktı dünən baş verib. Partlayış nəticəsində 169 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada