İrəvanı “satqın“ yazılan plakatlar bürüdü - FOTOLAR

İrəvanı “satqın“ yazılan plakatlar bürüdü  - FOTOLAR
26 Apr 2024 11:38

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Radikallar və revanşistlər bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər. 

Bu gün isə naməlum şəxslər İrəvanın müxtəlif inzibati rayonlarında insanların gur olduğu ərazilərə ölkə başçısının əleyhinə  baner və şüarlar yapışdırıblar. 

"Mamul" nəşrinin yaydığı məlumata görə, tələsik hazırlanan banerlərdə əsasən "Satqın" sözü yazılıb. Etirazçılar bunula da baş nazir Nikol Paşinyana işarə vurublar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

 Tural 


Youtube kanalımız
İrəvanı “satqın“ yazılan plakatlar bürüdü  - FOTOLAR
İrəvanı “satqın“ yazılan plakatlar bürüdü  - FOTOLAR
İrəvanı “satqın“ yazılan plakatlar bürüdü  - FOTOLAR

Oxşar xəbərlər