İranda hələ də üçlü hakimiyyət mövcuddur və bu hakimiyyət qollarının fərqli ritorikadan çıxış etməsi həm region, həm də beynəlxalq aləm üçün ciddi təhlükə yaradır.
Bunu News365.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.
Onun sözlərinə görə, parlament sədri Məhəmməd Baqir Qalibafın məsələyə daha isti münasibət göstərməsi reallığı nəzərə almasından irəli gəlir:
“Pezeşkiyan anlayır ki, İranın mövcud siyasəti ritorikadan kənara çıxa bilmir. İran, müxtəlif hədə-qorxu ritorikalarına baxmayaraq, 12 günlük İran–İsrail müharibəsində zəif kəşfiyyata, zəif hava hücumundan müdafiə qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Hücum olacağı təqdirdə adekvat cavab vermək imkanlarının məhdud olduğu da aydın oldu. Hətta İran əhalisinin özü də İsrail qarşısında ciddi reaksiya göstərmədi.”
Politoloq vurğulayıb ki, Azərbaycana və bütövlükdə regiona yönələn siyasətin arxasında duran əsas fiqur məhz İranın dini lideridir.