Bu gün İranın İsfahan şəhərində partlayıcı maddələrin istehsalı ilə məşğul olan “Avanar Persian” şirkətinə məxsus anbarda güclü partlayış baş verib.
News365.az-ın “Azad İran” Teleqram kanalına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.
Anbar kimyəvi məhsullar istehsal edən sənaye kompleksinin ərazisində yerləşir.
Qeyd edək ki, cəmi üç gün əvvəl İranın Şəhid Rəcai limanında yerləşən kimyəvi maddələr anbarında da partlayış baş vermişdi. Həmin faciə nəticəsində azı 70 nəfər ölmüş, 1200-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarət almışdı.