İran milli komandasının futbolçusunun qadın azarkeşi qucaqlaması ona baha başa gəldi - VİDEO

İran milli komandasının futbolçusunun qadın azarkeşi qucaqlaması ona baha başa gəldi -  VİDEO
23 Apr 2024 16:50

“İstiqlal” klubunun və futbol üzrə İran milli komandasının qapıçısı Hosseyn Hosseyni ölkə çempionatının 23-cü turunda “Aluminium Arak” klubu ilə matç zamanı qadın azarkeşlə qucaqlaşdığı üçün cəzalandırılıb.

İran qanunlarına görə, kişilərin ailədən olmayan qadınlara toxunması qadağandır. 31 yaşlı qolkiper matç zamanı özünü qaçaraq meydançaya atan qadın azarkeşi qucaqlayıb. Bu səbəbdən də Hosseyni İran Futbol Federasiyası tərəfindən biroyunluq diskvalifikasiya olunub. Həmçinin futbolçuya 4,4 min avro (4700 dollar) məbləğində cərimə kəsilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında İranda, demək olar ki, üç ildən sonra ilk dəfə olaraq qadınların beynəlxalq yarışda iştirakına icazə verilib.

İran millisinin oyunçusu olan Hosseyni, həmçinin 2022-ci ildə Qətərdə keçirilən son Dünya Çempionatının da iştirakçısı olub.


Youtube kanalımız

Oxşar xəbərlər