İran İsrailin nüvə mərkəzlərinə zərbə endirməyə hazır olduğunu açıqladı

İran İsrailin nüvə mərkəzlərinə zərbə endirməyə hazır olduğunu açıqladı
18 Apr 2024 16:36

İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəhd edərsə, Tehran nüvə doktrinasına və siyasətinə yenidən baxacaq. Bu halda İran əvvəlki vədlərinə əməl etməyəcək. News365.az  Tasnim-ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri-red.) nüvə müdafiə və təhlükəsizlik bölməsinin komandiri Əhməd Həktələb deyib. Həktələb "vədlərə əməl edilməyəcək" xəbərdarlığını verərəkən dünya ölkələrinin nüvə obyektlərinə zərbə vurmaqla bağlı öhdəlik götürməsini nəzərdə tutub.

Yüksək rütbəli hərbi məmur vurğulayıb ki, İran İsraildən gələn təhdidlərə əvvəldən müqavimət göstərməyə hazır olub.

Haktalabın sözlərinə görə,  müdafiə planları, eləcə də ən müasir silahlar, nüvə obyektlərinin ölkənin fərqli yerlərinə səpələnməsi sayəsində İran öz nüvə obyektlərində İsrail ordusundan gələcək istənilən təhlükəyə tab gətirməyə hazırdır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər