İran hava məkanını açdı - YENİLƏNİB

İran hava məkanını açdı - YENİLƏNİB
09:10

İran hava məkanını açıb.

News365.az xəbər verir ki, bu barədə "İran İnternational" portalı məlumat yayıb.

Qeyd olunub ki, ölkənin hava məkanı təxminən beş saat bağlı qalıb.

"Flightradar24" portalında əksini tapan məlumata görə, artıq İran üzərindən uçuşlar həyata keçirilməyə başlanılıb.

***

İran hava məkanını bağlayıb.

News365.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.

Əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.

"Flightradar24" bildirir ki, qadağadan sonra İran hava məkanında sadəcə Banqkok və Quançjoudan uçan iki təyyarə olub.


Sizin reklam burada
Sizin reklam burada