"İPhone"nin qiymətləri rekord həddə ARTACAQ

"İPhone"nin qiymətləri rekord həddə ARTACAQ
09 Dek 2024 17:22

2026-cı ildə "Apple" yeni prosessorlar hesabına "iPhone" qiymətlərini qaldıracaq.

News365.az xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.

Məlumata görə, 2028-ci ildə Amerika şirkəti ilk dəfə olaraq iki nanometrlik A20 Pro çipləri əsasında smartfonlar buraxacaq. Yeni prosessorlar hazırkılardan 70 faiz baha olacaq.

İnsayderlər hesab edirlər ki, bu baxımdan "iPhone 18 Pro" və "18 Pro Max" öz sələflərindən baha olacaq. 

Eyni zamanda, "Apple" üç nanometrlik proses texnologiyasından istifadə etməklə yaradılmış prosessorlar əsasında əsas "İPhone 18" smartfonlarını saxlamaq və onların qiymətlərini artırmamaq niyyətindədir.

PhoneArena müəlliflərinin fikrincə, yeni prosessorlar daha sürətli performans və təkmilləşdirilmiş enerji səmərəliliyi təmin etməlidir.



Youtube kanalımız