Husilər Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan "USS Harri Truman" və digər döyüş gəmilərinə hücum etdiklərini bildiriblər.
News365.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Məlumata görə, onlar 18-ə yaxın ballistik və qanadlı raket, həmçinin PUA-larla hücum ediblər.
Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu husilərə qarşı ötən gündən geniş əməliyyata başlayıb.