Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində bir nəfərin hosteldə qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
News365.az xəbər verir ki, məlumat əsasında FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, bağlı qapı arxasında qalan şəxs artıq dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.