Hindistan: Pakistanın zərbələri nəticəsində məmur ölüb

Hindistan: Pakistanın zərbələri nəticəsində məmur ölüb
07:22

Pakistanın Kəşmirin mübahisəli sərhəd bölgəsinə endirdiyi zərbə nəticəsində Hindistan rəsmisi ölüb. Hindistanın Cammu və Kəşmir ərazisi üzrə naziri Ömər Abdullah bu barədə X sosial şəbəkəsində yazıb.


"Bu gün məmurun iqamətgahı Pakistan hərbçiləri Rajuri şəhərinə hücum edən zaman atəşə məruz qalıb. Bizim Regional İnkişaf üzrə Komissarımız Rac Kumar Thappa vəfat edib", - Abdullah bildirib.


Pakistanın cavab tədbirləri nəticəsində daha iki Hindistan rəsmisinin ağır yaralandığı bildirilir.


Bundan əvvəl Pakistanın Hindistanın hücumlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlara başladığı məlum olub. Əməliyyata "Bunyan-um-Marsus" adı verilib.

Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.


22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada