Hərbi cani Koçaryan: “Torpağı verən “soyqırımını“ da unutduracaq“

Hərbi cani Koçaryan:  “Torpağı verən “soyqırımını“ da unutduracaq“
25 Apr 2024 10:03

Xəbər verdiyimiz kimi dünən Ermənistanda qondarma "erməni soyqırımı" qeyd edilib. Çiçernakaberddəki memorial kompleksə gələn siyasi xadimlər isə əsasən baş nazir Nikol Paşinyanın əleyhinə diqqət çəkən açıqlamalar veriblər. 

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan da həyat yoldaşı Bella Koçaryanla birlikdə kompleksi ziyarət edib. 

Uzun müddətdir ictimai-siiyasi proseslərdən uzaq duran hərbi canini görən jurnalistlər dərhal ona yaxınlaşaraq ölkədəki xaotik durumla bağlı suallar veriblər. O, media nümayəndələri ilə söhbətində deyib ki, artıq söyləyəcək bir sözü qalmayıb: “Arşak Srbazan dünənki çıxışında hər şeyi dedi. Bu çıxışı bir neçə dəfə dinləyib nəticə çıxara bilərsiniz. Bircə onu deyə bilərəm ki, kim ki, torpaqları təslim edib, (ölkə rəhbərini nəzərdə tutur-red.) "soyqırımını" da unutduracaq”.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər