“Heç olmasa delimitasiyada 30-40 faiz irəliləyiş əldə etmək lazımdır“- Tural İsmayılov

“Heç olmasa delimitasiyada 30-40 faiz irəliləyiş əldə etmək lazımdır“-  Tural İsmayılov
20 Apr 2024 10:22

"Ermənilər Bağanıs Ayrım, Əskiparada  böyük qətliamlar törədiblər.  Bu günə qədər də beynəlxalq ictimaiyyətdə, ən azından parlamentlər səviyyəsində hər hansı bir reaksiyasına səbəb olmağa çalışırıq, amma təəssüflər olsun ki, Qarabağdakı Xocalı da daxil olmaqla bir çox qətliamlara və soyqrımlara göz yumulduğu kimi, Qazaxın bu kəndlərində də bu məsələlərə göz yumuldu."

Politoloq Tural İsmayılov bunu News365.az-a müsahibəsində deyib. 

"Bu kəndlərin qaytarılması məsələsi və Paşinyanın həmin kəndlərdə, şərti sərhədlərdə erməni əhalisinə "Bu kəndlər Azərbaycanındır" kimi ifadələr işlətməsi, Paşinyanın özünün hansısa bir məsələdə sülhə gəlməsi demək deyil. Bəzən görürük ki, bəzi ekspertlərimiz qeyd edirlər ki, bu hadisə təqdir ediləndir. Əgər həqiqətən Paşinyan hakimiyyətə gəldiyi dövrdə bu fikirləri işlətsəydi, 44 günlük Vətən müharibəsi olmazdı, davasız, qansız o torpaqlar Azərbaycana geri qaytarılardı. Biz görürük ki, bu gün Azərbaycanın qazandığı qələbə tək geopolitik mənada siyasi  kollekturanın yenidən formalaşmasına səbəb olmur, həm də tarixdə ilk dəfə Ermənistanın siyasi rəhbərliyindəki birinci şəxs etiraf edir ki, bizim işğal etdiyimiz torpaqlar Azərbaycanındır. Bu 4 kəndin qaytarılması ona görə, vacibdir ki, sülhün əldə edilməsi üçün bir neçə komponentlər var, ancaq onların içində ən əsası heç olmasa delimitasiyada 30-40 faiz irəliləyiş əldə etmək lazımdır. Bu xəritələrlə bağlı Azərbaycanın ortada obyektiv dəqiq mövqeyi var, amma Ermənistan xəritələr məsələsində 1975-ci illərdə SSRİ arxiv idarəsində çalışan erməni mənşəli hansısa adamların uydurma xəritələrinə istinad etməyə çalışırlar"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər