Ömürlük əlillik statusu alan şəxslərin yenidən komissiyaya çaqğrılması cəmiyyətdə sual və gərginlik doğurur. Bu sualların əsasını təşkil edən məqamsa odur ki, əlil olan şəxs niyə incidilir, səbəb nədir? Məsələn ayağı dizdən yuxarı kəsilmiş şəxsin təkrar komisssiyaya gətirilməsi nə ilə izah oluna bilər, izah nədir? Yoxlamada nələri aşkar etmək istəyirlər?
Hüquqşünaslar deyirlər ki, əlil olan şəxsin komissiyaya çağrılması əsasən prosedur xarakteri daşıyır. Burda əslində söhbət nisbətən yüngül əlillikdən gedir. Yəni 3 cü qrupdan. O ki, qaldı, ömürlük əlillik alan şəxslərə , onların təkrar komissiyaya çağrılması tamamilə qanunsuzdur və qayda pozuntusu sayılır deyə hüquqşünaslar qeyd edirlər.