“Geri qayıtmaq həyəcanlıdır...”

“Geri qayıtmaq həyəcanlıdır...”
14:50

“Avroviziya” təmsilçimiz Aysel Teymurzadə uzun fasilədən sonra səhnəyə qayıtması ilə bağlı ilk dəfə danışıb. 

News365.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib. 

“Geri qayıtmaq həyəcanlıdır. Amma sizinlə bu qorxulu deyil! Sevginiz üçün təşəkkür edirəm - o qədər ürəyimə istilik gətirdi ki, bunu hər baxışınızda, mesajlarınızda, alqışlarınızda hiss etdim. Məni dinləyən, gözləyən, inanan və unutmayan hər kəsə minnətdaram. Mənim dönüşüm sadəcə səhnəyə atılan addım deyil. Bu, özümə atdığım addımdır. Və sizə! Sonsuz təşəkkürlər, sevgi ilə…”, - Aysel paylaşımında yazıb.  

Qeyd edək ki, Aysel Teymurzadə uzun fasilədən sonra “Dream Fest”in açılış mərasimində səhnəyə çıxıb. O, 2012-ci ildə M.Adıgözəlzadə ilə ailə həyatı qurub. Onların 3 övladı var. Son zamanlar cütlük boşanma xəbərləri ilə gündəmə gəlib.







Sizin reklam burada
Sizin reklam burada