Son günlər
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə xüsusi bir canlanma var. Daha doğrusu Ermənistan tərəfdən sərhəddə
gedib-gələnlərin sayı durmadan artır. Maraqlıdır ki, get-gəl edənlər də əsasən
fransızlardır. Baxmayaraq ki, onlar özlərini Avropa İttifaqının müşahidəçiləri kimi təqdim edirlər. Bununla da diqqəti öz üzərlərindən
atmağa çalışırlar.
Məsələn iki
gün öncə Aİ-nin daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin
Hand kəndi yaxınlığına gəlib.Yayılan video görüntülərdən aydın olur ki, indiyədək
"müşahidəçilər” Aİ-nin avtomobillərində hərəkət etdiyi halda, bu dəfə
sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndinə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin
Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.
Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını
açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Heç kimə sirr deyil ki, Fransa Ermənistandakı revanşist qüvvələrə dəstək
verir. Bundan da məqsəd onları yeni müharibəyə sövq etməkdir. Bu kimi hərəkətlərlə
Fransa çalışır ki, regionda sülh, əmin-amanlıq olmasın.
Əslində
Fransanın bu cəhdləri başa düşüləndir. Çünki, son 4 ildə Fransa Azərbaycandan əsaslı
zərbələr alıb. Və bu zərbələrin davamı gəlməkdədir. Çünki, Azərbaycan “ən yaxşı
müdafiə hücumdur” taktikasını seçib. Elə bu məqsədlə son illərdə Fransa hökümətinin
və Yelisey sarayındakıların əsl simasını dünyaya göstərmək üçün Azərbaycan
davamlı siyasət aparır. Ötən ilin yayında yaradılan Bakı Təşəbbü Qrupu bu mənada
çox yaxşı fəaliyyət göstərir. Qısa zamanda Qrup Fransanın müstəmləkəçilik siyasətini
çox gözəl ifşa edə bilib. Eyni zamanda Fransa müstəmləkəsi olan adalarda müstəqillik
arzusunun alovlanmasında Bakı Təşəbbüs Qrupu böyük iş görür.
Təbii ki,
bütün bunlar da Fransanı ciddi şəkildə narahat edir. Ona görə də Fransa da Ermənistan
ərazisində təxribatçı fəaliyyətini genişləndirməklə Azərbaycana təzyiq etmək
istəyir. Rəsmi Paris hesab edir ki, Azərbaycanın üzərinə daha çox getməklə güclər
balansındakı fərqi öz xeyirlərinə dəyişə bilərlər.
Amma artlq
zaman dəyişib. Azərbaycanla zor, təzyiq dilində danışmağın zamanı keçib. Azərbaycan
son 4 ildə regional liderə çevrilib. Hədəfsə Beynəlxalq aktora çevrilməkdir.
Ona görə də rəsmi Parisin heç bir təxribatı Azərbaycanı durdurmaq iqtidarında
deyil. Əksinə bu cür təxribatlar Azərbaycanın haqlı mövqeyini gücləndirir. Eyni
zamanda Ermənistanın mövqelərini zəiflədir.
Təsadüfi
deyil ki, artıq bu reallığı Ermənistanda da dərk edənlərin sayı çoxalır. Məsələn,
erməni türkoloq Varujan Geqamyan deyib ki, erməni dövlətçiliyi son mərhələsini
yaşayır:
“Prosesin
son mərhələsi sülh müqaviləsi deyil. Sonuncu mərhələ bizim Ermənistandan
köçümüzdür. Ermənistanın de-fakto hakimiyyəti bu mərhələni sona
çatdırmağa çox yaxındır, sadəcə 1-2 il də səbr edin. Ermənistan tezliklə
Türkiyənin vilayətinə çevriləcək”.
News365.az