Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcəklər.
News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan bir-birinə reqlamentin (demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyəti-red.) qüvvəyə minməsi barədə məlumat verəcəklər”, - nazir vurğulayıb.