"Fələstinin yaradılması İsrailin təhlükəsizliyini təhdid edəcək".
News365.az "Reuters"ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar deyib.
"Biz inanırıq ki, Fələstin dövləti İsrail dövlətinin təhlükəsizliyini təhdid edəcək", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, ötən il Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlamışdı. Aprelin 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.