Ermənistanın Kotaysk əyalətində kişi evini qumbara ilə partlatmaqla hədələyib.
News365.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Ptqni kəndində qeydə alınıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Könüllü təslim olmaq çağırışını rədd edən şəxsə qarşı əməliyyat keçirilib və o saxlanılıb.
Bildirilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.