“Ermənistana qaz tədarükündə əlverişli olan ölkə Azərbaycandır“- Eyyub Kərimli

“Ermənistana qaz tədarükündə əlverişli olan ölkə Azərbaycandır“-  Eyyub Kərimli
26 Apr 2024 13:18

Ermənistan alternativ olaraq İrandan və ya Azərbaycandan qaz tədarükü edə bilər. 

Politoloq Eyyub Kərimli bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistana qaz tədarükündə infrasturuktur, məsafə yaxınlığı baxımından daha əlverişli olan ölkə Azərbaycandır. Ümumiyyətlə düşünürəm ki, Ermənistan gələcəkdə özü məcbur olub bizimlə iqtisadi əməkdaşlıq etməyə məhkumdur. Çünki regionun ən qüdrətli, aparıcı, zəngin dövləti Azərbaycandır. Ermənistanın Azərbaycanla iqtisadi əlaqəsi Ermənistanın iqtisadiyyatının yalnız xeyrinə ola bilər. Bütün hallarda bunun üçün əsas şərt sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılmasıdır"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər