“Ermənistan sərgilədiyi pozuculuq fəaliyyətindən əl çəkəcək“ - Hərbi ekspert

“Ermənistan sərgilədiyi pozuculuq fəaliyyətindən əl çəkəcək“ -  Hərbi ekspert
20 Apr 2024 12:33

"Qazaxın Ermənistan işğalında olan 4 kəndinin danışıqlar yolu ilə Azərbaycana qaytarılması Azərbaycanın növbəti qələbəsidir. Bu qələbənin memarı Cənab Ali Baş komandan İlham Əliyevdir. Hesab edirəm ki, 4 kəndin qaytarılması, növbəti bir çox prosesslərin başlanğıcı kimi qiymətləndirilməlidir. İlk növbədə sülh sazişinin imzlanması və sərhədlərimizin delimitasiya və demarkasiya ilə bağlı proseslərin həyata keçirilməsini daha da sürətləndirəcək "

Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"4 kəndimizin təhvil verilməsindən sonra, bir çox məsələlərdə, xüsusilə də Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya ilə bağlı əməli işlərin başladılması prosesini izləyəcəyik. Qeyd etməliyik ki, bu prosesslər regionda sülhün və sabitliyin eyni zamanda iqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayacaq. Bu gün beynəlxalq aləmdə baş verən qarşıdurmalara baxdığımız zaman, məhz Ermənistan tərəfi regionda sülhün əldə edilməsində ciddi yanaşmalıdır və Ermənistanın hərbi siyasi rəhbərliyi siyasi iradə göstərərək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Son 1 həftəyə baxdığımız zaman görərik ki, Azərbaycan tarixi nailiyyətlər əldə edir. İlk növbədə Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazilərimizdən çıxarılması və 4 kəndimizin danışıqlar yolu ilə geri qaytarılması çox sevindirici haldır. Xüsusilə qeyd etməliyik ki, hər hansı itki vermədən bu proses həyata keçirilmişdir. Azərbaycan ordusu qarşıya qoyulmuş istənilən tapşırığın öhtəsindən gəlməyə qadirdir. Bu gücümüzlə eyni zamanda cənab Ali Baş komandanın strateji siyasi xətti regionda bir çox proseslərdə məhz Azərbaycanın mənafeyini təmin edilməsində mühüm rol oynayır. Azərbaycan və Ermənistan arasında sülhə doğru əməli atılmış addımlar gələcəkdə daha çox perspektiv vəd edir. Bu günə qədər Ermənistan tərəfi bir çox regional, qlobal lahiyələrin həyata keçirilməsində əngəl yaradırdı. Bu əngəl aradan qalxdıqdan sonra, xüsusilə Zəhgəzur dəhlizi açıqldıqda biz regionu daha da inkişafını sürətlənməsini müşahidə edəcəyik. Ermənistan tərəfi də nəhayət anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə normal münasibət qurmadan hər hansısa bir perspektiv əldə etməyəcək. Bu günə qədər sərgilədiyi pozuculuq fəaliyyətindən əl çəkərək sülhün və sabitliyin təmin olunmasında əməli addımlar atacaq"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər