İran Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyir.
News365.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
“Ermənistan və Azərbaycan Respublikası məsələsinə gəlincə biz hər zaman iki ölkə arasında sülh prosesini dəstəkləməyi vurğulamışıq və hər iki tərəfi sülh sazişini mümkün qədər tez imzalamağa təşviq etmişik. Cənubi Qafqaz regionunda sülh və sabitlik İran İslam Respublikası üçün strateji əhəmiyyət kəsb edir. Bizim hər iki ölkə Ermənistan və Azərbaycan Respublikası ilə yaxşı və balanslaşdırılmış münasibətlərimiz var və mehriban qonşuluq siyasətinin davam etdirilməsini vurğulayırıq”, - İran XİN rəsmisi qeyd edib.