Dueyn Conson: “MMA üzrə məşqlərə başlayıram” - VİDEO

Dueyn Conson: “MMA üzrə məşqlərə başlayıram” -  VİDEO
23 Apr 2024 09:08

Məşhur Hollivud aktyoru və güləşçisi Dueyn Conson “Smashing Machine” adlanacaq növbəti filminə hazırlıq üçün qarışıq döyüş sənəti (MMA) üzrə məşqlərə başlayır.

Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.

“Smashing Machine” filmindəki növbəti roluma hazırlaşmaq üçün 2024-cü ildə ikinci təlim düşərgəm başlayır. “WrestleMania”ya görə bədənim gücdən düşüb, lakin heç bir zədəm yoxdur və özümü əla hiss edirəm. MMA məşqlərinə başlayıram. Mən bu məşqlərə yaxşı fiziki forma ilə qədəm qoyuram. Kardio məşqləri ilə də hər şey əladır. Lakin MMA tamamilə başqa məsələdir”, - deyə Conson yazıb.


Youtube kanalımız

Oxşar xəbərlər