Daha 140 ukraynalı hərbçinin meyiti qaytarıldı

Daha 140 ukraynalı hərbçinin meyiti qaytarıldı
26 Apr 2024 14:09

Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat veririlib.

Qeyd olunub ki, Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək.

"Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", - deyə məlumatda bildirilib.


Youtube kanalımız

Oxşar xəbərlər