Cavidan Novruz atasına: “70 yaşın tamam oldu, amma...”

Cavidan Novruz atasına: “70 yaşın tamam oldu, amma...”
09:41

Bu gün mərhum Xalq artisti, tanınmış aktyor Ramiz Novruzun 70 illik yubileyidir. Oğlu, aktyor Cavidan Novruz atasının xatirəsini xüsusi bir paylaşımı ilə yad edib.

 Cavidan Novruz yazıb:

“Bu gün 70 yaşın tamam oldu! Heç vaxt təsəvvür etməzdim ki, sənin bu yaşında sənsiz olacam! Biz isə səni hər zaman gözləyəcəyik — dəxli yoxdur, gəldin ya gəlmədin! Sən hər zaman gözləniləcəksən. Sənin sənətini, bacarığını, peşəkarlığını — hər şeyi bir kənara qoyuruq. Bizə bu itkinin ən çox təsir edən tərəfi o idi ki, sən yaxşı ata və yaxşı adam idin. Bir qram mənfi tərəfin olsaydı, bunları yazmazdım. Səninlə görüşmək ümidi ilə…”


Sizin reklam burada
Sizin reklam burada