Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı - FOTO

Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı - FOTO
14:24

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

News365.az-ın məlumatına görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada