Bu ölkə bütün ölkələr üçün viza tələbini LƏĞV EDİR

Bu ölkə bütün ölkələr üçün viza tələbini LƏĞV EDİR
05 Yan 2024 17:40

Keniya ölkəyə giriş azadlığının başladığını açıqladı.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Keniya İmmiqrasiya İdarəsinin baş katibi Julius Bitok vizasız daxil olan ilk sərnişinlərin Jomo Kenyatta hava limanına eniş etdiyi məlumatını paylaşıb.

Bitok ziyarətçilərin Keniyaya Elektron Səyahət Səlahiyyəti (ETA) sistemindən istifadə edərək daxil olduqlarını və bu yolla viza almalarına ehtiyac olmadığını bildirib.

İndiyə qədər təxminən 5 min ETA müraciəti olduğu məlumatını paylaşan Bitok 2 mindən çox müraciətin təsdiqləndiyini açıqlayıb. 

Keniya prezidenti Uilyam Ruto dekabrın 12-də İngiltərədən müstəqilliklərinin 60-cı ildönümü münasibətilə keçirilən mərasimdə 2024-cü ildən etibarən ölkəyə giriş üçün viza tələbini ləğv edəcəklərini açıqlayıb.

Qeyd edək ki, Keniya bütün ölkələr üçün viza tələbini aradan qaldıraraq 2027-ci ildə turist sayını 4,5 milyona çatdırmağı hədəfləyir.


Sizin reklam burada
Sizin reklam burada