Ağcabədi rayonunda bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, uşaq hazırda reanimasiya şöbəsindədir.
"04.02.2026-cı il tarixində saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, hadisə Ağcabədi rayonun Aşağı Avşar kəndində baş verib. Kənd sakini olan 7 yaşlı P.M. (ad şərtidir) yetkinlik yaşına çatmayan şəxs tərəfindən müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb.