“ Bibiheybət məscidinin yanında qəza baş verib“ - Ömər Xıdırov

“ Bibiheybət məscidinin yanında qəza baş verib“ -  Ömər Xıdırov
27 Apr 2024 12:07

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektoruna müdiri Ömər Xıdırov feysbuk səhifəsində qəza ilə bağlı paylaşım edib. 

News365.az xəbər verir ki, Ömər Xıdırov avtomobili dəmir arakəsməyə çırpıldığını qeyd edib:

"Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin qarşısında minik avtomobili dəmir arakəsməyə çırpılıb. Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən şəhər istiqamətində sıxlıq yaranıb. Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür"- deyə qeyd edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər