Beyləqanda maşın rəmzi giriş qapısına çırpıldı, 4 hərbçi yaralandı

Beyləqanda maşın rəmzi giriş qapısına çırpıldı, 4 hərbçi yaralandı
12:49

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.


Sizin reklam burada
Sizin reklam burada