Bayram tətili ilə əlaqədar paytaxtdan bölgələrə axın MÜŞAHİDƏ EDİLİR

Bayram tətili ilə əlaqədar paytaxtdan bölgələrə axın  MÜŞAHİDƏ EDİLİR
16 İyn 2024 12:53

Qurban bayramı ilə əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 634 reys həyata keçirilib, 20623 sərnişin mənzil başına çatdırılıb.

Qeyd edilib ki, sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri öncədən “biletim.az” portalından onlayn qaydada əldə etmələrini tövsiyə edilir:

“Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin olunmasına xidmət edən “biletim.az” portalında hazırda 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür”.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər