Baş nazir Azərbaycana gətirilən bu məhsullarla bağlı qərar imzaladı

Baş nazir Azərbaycana gətirilən bu məhsullarla bağlı qərar imzaladı
18 Mar 2025 12:35

"Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilib.

 News365.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, gömrük yığımlarına bir sıra əlavələr edilib.

Belə ki, aprelin 1-dən etibarən Azərbaycana gətirilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat, şüşə məmulatlarının 1 tonu üçün 100 manat, armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı alınacaq.

Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.



Sizin reklam burada
Sizin reklam burada